EHTİYAT HİSSƏLƏRİ ÜZRƏ MENECER

1000-1300 AZN

Group Motors

Şəhər:
Xırdalan
Yaş:
22-40
Təhsil:
Ali
İş təcrübəsi:
5 ildən artıq
Elanın tarixi:
12-02-2018
Bitmə tarixi:
14-03-2018
Əlaqədar şəxs:
Nigar Aslanova
Telefon:
(012) 349-00-00
E-mail:
hr@groupmotors.az

İş barədə məlumat

- Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmaq, sifariş zamanı düzgün analiz aparmaq və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmaq
- Departamentdə iş gedişatını analiz etməli və lazımi yerlərdə işə müdaxilə edib vaxtında tamamlanmasına köməklik göstərmək
- Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməlidir, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda "ölü hissələr"i minimuma salmaqxidmətə nəzarət etmək
- Xidmət ilə bağlı statistik hesabatlar hazırlamaq
- Gündəlik iş şəraitində etik standartlara riayət olunmasına nəzarət etmək
- Departamentin maliyyə durumunu analiz etmək, planlaşdırmaq və qoyulan hədəflərə nail olmaq
- Servisin daxili, zəmanət və müştəri ehtiyaclarına nəzarət edən sistemin yaradılmasında və inkişafında köməklik etmək
- Texniki məsələləri - kleimləri, zəmanət işlərini, kompyuter sistemlərini, proses və proseduraları, ehtiyat hissələrinin saxlanma və qəbulu qaydalarını və s. daima nəzarətdə saxlamalı, yoxlamalı və təkmilləşdirməli
- Kompüterdən istifadə edərək gündəlik əməliyyatlara nəzarət etmək
- Ehtiyat hissələri sisteminin düzgün işləməsindən və məlumatların doğruluğundan əmin olmaq
- Şöbədə təmiz və professional mühit yaratmalıdır
- Ehtiyat hissələri şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək
- Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələri icra etmək
- Şirkətin mənafeyinin qorumaq, şirkətə, onun müştərilərinə aid olan məxfi məlumatları, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açmamaq
- İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq
- Rəhbərlik tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetirilməsi
- İşində intizamlı, müştəri ilə mehriban və gülərüz olmaq
- Korporativ etikaya riayət etmək və şirkətin tələblərinə cavab vermək
- İş saatı: I - VI günlər 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Yaş: 22-40
- Ali təhsil
- Ehtiyyat hissələri sahəsində minimum 5 il iş təcrübəsi
- MS Office proqramlarında işləmə bacarığı, EPC işləmə bacarığı
- Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür
- Analitik təhlil bacarığı, fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma bacarığı
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı
- Stres altında işləmə qabiliyyəti
- Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti
- Fəal və işə planlı yanaşma